iran 1111
Iran’s national flag waves as Milad telecommunications tower and buildings are seen in Tehran, Iran, Tuesday, March 31, 2020. In recent days, Iran which is battling the worst new coronavirus outbreak in the region, has ordered the closure of nonessential businesses and banned intercity travels aimed at preventing the virus’ spread. (AP Photo/Vahid Salemi)

İran Xarici İşlər Nazirliyi Yaxın Şərq ölkələrini ərazilərində yerləşən ABŞ hərbi bazalarının Tehrana qarşı mümkün hücumlar üçün istifadəsinə imkan verməməyə çağırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə İran XİN-in yaydığı bəyanatda bildirilib.

Qeyd olunub ki, İran Fars körfəzinin cənub sahilində yerləşən qonşu dövlətləri öz ərazilərinin, eləcə də quru, dəniz və hava infrastrukturunun Tehrana qarşı hücumlar üçün istifadə edilməsinin qarşısını dərhal almağa çağırır. Tehran hesab edir ki, bu addım regionda müharibənin davam etməsinin və genişlənməsinin qarşısını almaq baxımından mühüm əhəmiyyət daşıyır.

Bəyanatda vurğulanıb ki, İranın heç bir qonşu dövlətə və ya region ölkəsinə qarşı düşmənçilik və ya mənfi münasibəti yoxdur.

İran XİN əlavə edib ki, bölgədə davamlı sülhə nail olmağın yeganə yolu region ölkələri arasında qarşılıqlı anlaşma və əməkdaşlığın gücləndirilməsi, həmçinin xarici hərbi mövcudluğun və ABŞ-ın müdaxiləsinin aradan qaldırılmasıdır.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: