“Yeni qlobal təhlilə görə, superbakteriyalar səbəbilə 2050-ci ilə qədər 39 milyondan çox insan həyatını itirəcək”.
Globalinfo.az xəbər verir ki, Antimikrob Müqavimət üzrə Qlobal Tədqiqatın nəticələri belə qənaətə gəlməyə əsas verir.
Bildirilir ki, ən çox risk altında yaşlı insanlar olacaq. Peyvəndlər və gigiyenadakı təkmilləşdirmələr sayəsində daha gənc insanlar arasında ölümlər azalsa da, yaşlılar bu viruslardan xilas ola bilməyəcəklər.
Əsrin ortalarına qədər dünyada 1,91 milyon insanın mikroblara qarşı müqavimət səbəbilə öləcəyi proqnozlaşdırılır. Bu zaman bakteriyalar elə inkişaf edəcək ki, hətta dərmanlar belə onları məhv edə bilməyəcək.
Alimlər 1990-cı ildən 2021-ci ilə qədər ölüm təxminləri və 2050-ci ilə qədər proqnozlar hazırlamaq üçün 204 ölkə və ərazinin məlumatlarından istifadə ediblər.
Alimlər hesab edirlər ki, dünyada milyonlarla ölümün qarşısını daha yaxşı səhiyyə xidmətləri qurmaq və yeni antibiotiklər tapmaqla almaq olar.
Müşviq Tofiqoğlu
Globalinfo.az