İran İsrailə cavab zərbəsi endirməyə hazırlaşır

 

İran Suriya konsulluğunun bombardman edilməsindən sonra İsrailə sərt cavab vəd edib.

Globalinfo.az xəbər verir ki, bu barədə İranın “Mehr” agentliyi məlumat yayıb.

İranın Suriyadakı səfiri Hüseyn Əkbəri İranın cavabının çox sərt olacağını bildirib.

“İsrailin F35 qırıcıları Qolan yüksəkliklərindən binaya 6 raket zərbəsi endirib. Səfirlikdəki iş yerimdə idim və otağımdan binanın necə dağıldığının şahidi oldum. İsrail rejimi beynəlxalq qanunlara zidd hərəkət etdi və bu, bizim sərt cavabımıza səbəb olacaq”, – deyə iranlı diplomat vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az