İrandan diplomatlarımızı və şəhidimizin nəşini gətirən təyyarə Bakıya enib – FOTO/VİDEO – YENİLƏNİB

İrandan diplomatlarımızı və şəhidimizin nəşini gətirən təyyarə Bakıya enib - FOTO/VİDEO - YENİLƏNİB

Xəbər verdiyimiz kimi Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları bu gün Tehrandan Bakıya təxliyə olunub.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Azərbaycanın İrandakı səfirliyindən təxliyə olunan əməkdaşlarının sayı bilinib.

Səfirlik əməkdaşları və onların ailə üzvlərindən ibarət ümumilikdə 53 nəfər Vətənə qayıdıb.

İrandan diplomatlarımızı və şəhidimizin nəşini gətirən təyyarə Bakıya enib - FOTO/VİDEO - YENİLƏNİB
İrandan diplomatlarımızı və şəhidimizin nəşini gətirən təyyarə Bakıya enib - FOTO/VİDEO - YENİLƏNİB
İrandan diplomatlarımızı və şəhidimizin nəşini gətirən təyyarə Bakıya enib - FOTO/VİDEO - YENİLƏNİB
İrandan diplomatlarımızı və şəhidimizin nəşini gətirən təyyarə Bakıya enib - FOTO/VİDEO - YENİLƏNİB
İrandan diplomatlarımızı və şəhidimizin nəşini gətirən təyyarə Bakıya enib - FOTO/VİDEO - YENİLƏNİB
İrandan diplomatlarımızı və şəhidimizin nəşini gətirən təyyarə Bakıya enib - FOTO/VİDEO - YENİLƏNİB
İrandan diplomatlarımızı və şəhidimizin nəşini gətirən təyyarə Bakıya enib - FOTO/VİDEO - YENİLƏNİB
İrandan diplomatlarımızı və şəhidimizin nəşini gətirən təyyarə Bakıya enib - FOTO/VİDEO - YENİLƏNİB
İrandan diplomatlarımızı və şəhidimizin nəşini gətirən təyyarə Bakıya enib - FOTO/VİDEO - YENİLƏNİB

***22:20

Şəhid Orxan Əsgərovun nəşini, yaralıları və Azərbaycanın İrandakı diplomatik korpusunun nümayəndələrini Bakıya gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına enib. 

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhid Orxan Əsgərovun cənazəsi fəxri qarovulun müşayiəti ilə qarşılanır.

Azərbaycanın İrandakı səfirliyindən təxliyə edilən diplomatları, diplomatik korpusun digar əməkdaşlarını və onların ailə üzvlərini xarici işlər nazirinin müavini Xələf Xələfov qarşılayır.


İrandan diplomatlarımızı və şəhidimizin nəşini gətirən təyyarə Bakıya enib - FOTO/VİDEO - YENİLƏNİB İrandan diplomatlarımızı və şəhidimizin nəşini gətirən təyyarə Bakıya enib - FOTO/VİDEO - YENİLƏNİB İrandan diplomatlarımızı və şəhidimizin nəşini gətirən təyyarə Bakıya enib - FOTO/VİDEO - YENİLƏNİB İrandan diplomatlarımızı və şəhidimizin nəşini gətirən təyyarə Bakıya enib - FOTO/VİDEO - YENİLƏNİB İrandan diplomatlarımızı və şəhidimizin nəşini gətirən təyyarə Bakıya enib - FOTO/VİDEO - YENİLƏNİB

***22:04

Şəhid Orxan Əsgərovun cənazəsi və səfirliyin təxliyə olunan əməkdaşlarını gətirən təyyarə Bakıya enib.

***21:00

Yanvarın 27-də Azərbaycan Respublikasının İrandakı səfirliyinə silahlı hücum zamanı şəhid olmuş mühafizə xidmətinin rəisi baş leytenant Orxan Əsgərovun cənazəsi Tehranın hava limanından Bakıya yola salınıb.

Globalinfo.az-ın məlumatına görə, Azərbaycan səfirliyinin təxliyə edilmiş əməkdaşları ailə üzvləri ilə birlikdə, habelə səfirliyin terror aktı zamanı yaralanmış iki əməkdaşı təyyarə ilə Bakıya yola düşüb.

 

İrandan diplomatlarımızı və şəhidimizin nəşini gətirən təyyarə Bakıya enib - FOTO/VİDEO - YENİLƏNİB İrandan diplomatlarımızı və şəhidimizin nəşini gətirən təyyarə Bakıya enib - FOTO/VİDEO - YENİLƏNİB

***

Azərbaycanın İrandakı səfirliyinin əməkdaşlarını Bakıya gətirməli olan təyyarənin uçuş vaxtı 22:00-a qədər təxirə salınıb.

Globalinfo.az-ın əldə etdiyi məlumata görə, şəhid Orxan Əsgərovun nəşi, yaralı və əməliyyat olunmuş Vasif Tağıyev əməliyyat çarpayısında, eləcə də digər təxliyyə olunan səfirlik əməkdaşları, ailə üzvləri Tehran hava limanında təyyarə havaya qalxmağa dəqiqələr qalmış uçuş 22:00-dək İran tərəfindən təxirə salınıb.

***19:09

İran səfirliyindən təxliyə edilən səfirliyin əməkdaşları Azərbaycana yola düşürlər.

Globalinfo.az xəbər verir ki, Azərbaycan səfirliyinə hücum nəticəsində həlak olan Orxan Əsgərovun da cənazəsi gətirilir.

İrandan diplomatlarımızı və şəhidimizin nəşini gətirən təyyarə Bakıya enib - FOTO/VİDEO - YENİLƏNİB İrandan diplomatlarımızı və şəhidimizin nəşini gətirən təyyarə Bakıya enib - FOTO/VİDEO - YENİLƏNİB

***16:16

Azərbaycan Respublikasının İrandakı səfirliyinin əməkdaşlarının təxliyəsi ilə bağlı işlər yekunlaşmaq üzrədir.

Globalinfo.az xəbər verir ki, bu barədə APA-ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə məlumat verib.

O qeyd edib ki, bu gün səfirlik əməkdaşlarının və onların ailə üzvlərinin, eyni zamanda, şəhid Orxan Əsgərovun cənazəsinin ölkəyə gətirilməsi nəzərdə tutulub.