İran Qeytsə məxsus binanı vurdu – SEPAH məlumat yaydı

İran Qeytsə məxsus binanı vurdu - SEPAH məlumat yaydı

İran İsrailin Beer Şeva şəhərində yerləşən “Microsoft” ofisinə raket atıb.

Globalinfo.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Bildirilib ki, nəticədə yanğın baş verib.

“İranın zərbəsi şəhərin cənubunda bir neçə yanğına səbəb olub, maddi ziyan vurub. Lakin ərazidə itkilər barədə ilkin məlumat yoxdur. Beer Şeva şəhəri İsrailin Nevatim aviabazasının yaxınlığında yerləşir”, – deyə əlavə edilib.

SEPAH hadisə ilə bağlı bəyanatında binanın planlı şəkildə hədəf alındığına eyham vurub:

“Microsoft”un Beer Şebadakı ofisi İsrail ordusu ilə sıx əməkdaşlıq etdiyi və təcavüzü dəstəkləyən sistemin bir hissəsi olduğu üçün hücuma məruz qalıb. Hücuma məruz qalan kiberzonaya həmçinin casusluq və süni intellekt sahəsində çalışan insanların iqamətgahları da daxildir.

Qeyd edək ki, “Microsoft” şirkətinin sahibi dünyanın ən zəngin iş adamlarından biri olan Bill Qeytsdir.

Əliyar Xəlil
Globalinfo.az