“ABŞ hökuməti dəfələrlə yalnız güc dilini başa düşdüyünü göstərib”.
Globalinfo.az xəbər verir ki, bunu İran Silahlı Qüvvələrinin “Xatəm əl-Ənbiya” Mərkəzi Qərargahının sözçüsü İbrahim Zülfüqari X hesabında yazıb.
O bildirib ki, ABŞ hakimiyyəti Yaxın Şərqdəki hərbi sərgüzəştlərini davam etdirdiyi müddətcə İranla heç bir razılaşma əldə olunmayacaq.
“Neftin qiymətinin 200 dollara çatmasına hazır olun”, – İ.Zülfüqari vurğulayıb.
Xatırladaq ki, bu gecə ABŞ İranın cənubundakı bəzi hədəflərə zərbələr endirib. Hücum nəticəsində 4 SEPAH üzvü həlak olub.
Qeyd edək ki, Azərbaycanın builki dövlət büdcəsində neftin qiyməti 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub. Neftin qiymətinin artması büdcəyə əlavə vəsaitin daxil olmasını təmin edəcək.
Əliyar Xəlil
Globalinfo.az