ABŞ ordusu İranın cənubunda mina yerləşdirməyə çalışan qayıqlar və raket buraxılış məntəqələri də daxil olmaqla hədəflərə qarşı hücumlar həyata keçirib.
Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
Komandanlıq bu addımın İranın mümkün hücumlarından müdafiə olunmaq üçün atıldığını bəyan edib.
İran mediası zərbələr nəticəsində 4 SEPAH üzvünün həlak olduğunu yazıb.
***01:09
İranda partlayış səsləri eşidilib.
Globalinfo.az xəbər verir ki, bu barədə SEPAH-a yaxınlığı ilə tanınan Teleqram kanalları məlumat yayıb.
İranın Bəndər-Abbas şəhərində ardıcıl 3 partlayış səsinin eşidildiyi bildirilir.
Hadisənin səbəbi və mümkün nəticələri ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Tahir Turan
Globalinfo.az