İrandakı terror aktını Mossad törədib?

İranın Kirman əyalətində Qasım Süleymaninin məzarı yaxınlığında baş verən iki partlayış nəticəsində 103 nəfər ölüb, 211 nəfər yaralanıb.

Globalinfo.az xəbər verir ki, İrandakı partlayışlardan sonra İsrailin “Times of Israel” qəzeti Mossad rəhbəri David Barneanın bu gün verdiyi açıqlamaya diqqət çəkib.

Mossad rəhbərinin bu gün verdiyi açıqlamada, “Bu gün biz müharibənin ortasındayıq, Mossad 50 il bundan əvvəlki kimi 7 oktyabr tarixində də Qəzza dəhlizini işğal edən qatillərlə hesablaşmalıdır” – deyib.

Bununla yanaşı, o, Livanın paytaxtı Beyrutda HƏMAS lideri Salih əl-Arurinin öldürülməsində İsrailin əli olduğunu eyham edib.

“Hər bir ərəb ana bilməlidir ki, əgər övladı 7 oktyabr qırğınının iştirakçısı olubsa,  övladının qanı gec-tez onların əlindədir”.