
Xəbər verdiyimiz kimi, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Qüds Qüvvələrinin keçmiş komandanı Qasım Süleymaninin Kermandakı məqbərəsinə aparan küçədə baş verən partlayışlar zamanı 211 nəfər ölüb, 188 nəfər yaralanıb.
Baş verən terror aktı ilə bağlı ölkədə matəm elan edilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin terror aktı ilə bağlı İrana başsağlığı verib.
Həmçinin Azərbaycanın Xarici İşlər Nazirliyi də İrana başsağlığı verib və terrorizmdən çox əziyyət çəkən ölkə kimi onun bütün forma və təzahürlərini pislədiyini bildirilib.
Globalinfo.az anım günümdə törədilən terror hadisəsindən qandonduran görüntüləri təqdim edir:














