İranın müxtəlif şəhərlərində dövlət bayrağı endirilir və parçalanır. Məşhəd şəhərindən sonra Qəsr-Şirin şəhərində də İran bayrağı etirazçılar tərəfindən endirilərək yararsız hala salınıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.
Şimali Xorasan əyalətinin Şirvan şəhərində etirazçıları qeydə alan şəhər kameraları sındırılıb. Hiddətlənmiş vətəndaşlar SEPAH-a məxsus avtomobilləri əziblər.
***18:04
İranda etirazçılar ölkənin ikinci ən böyük şəhəri olan Məşhəddə dövlət bayrağını endirərək cırıblar.
Globalinfo.az xəbər verir ki, bu, ölkədə etirazların miqyasının genişləndiyini göstərən növbəti hadisə kimi dəyərləndirilir.
Məlumata görə, etirazçılar daha əvvəl üç şəhərə nəzarəti ələ keçiriblər. Onlardan sonuncusu Tehranın Xəzər dənizi və digər bölgələrlə əlaqəsini təmin edən mühüm nəqliyyat qovşağı sayılan Kərəc şəhəri olub.
Aysel Əliyeva
Globalinfo.az