cjXy9gTjSX4WEs7BAcCsQYpFoHUnIJAVF5MUW0YR 1200


İranın təhlükəsizlik qüvvələri bu gün Sistan və Bəluçistan əyalətində keçirdiyi əməliyyatla terror qruplaşmasının üzvlərini zərərsizləşdirib.

Globalinfo.az xəbər verir k, “Azad İran” Teleqram kanalı məlumat yayıb.

Silahlı qruplaşmanın dörd üzvü məhv edilib, daha altı nəfər isə saxlanılıb.

Bildirilib ki, əməliyyat oktyabrın 26-da sözügedən əyalətdə 10 polis əməkdaşının öldürülməsindən sonra baş tutub. Qeyd olunub ki, təhlükəsizlik qüvvələri çox sayda silah da ələ keçiriblər.