İranda saxlanılanların arasında Qərb ölkələrinin vətəndaşları da var

İrandakı aksiyalar zamanı Qərb ölkələrinin vətəndaşları da həbs olunub. 

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı İran XİN-in rəsmi nümayəndəsi Naser Kanaani açıqlayıb.

“İğtişaşlarda çox sayda Qərb ölkələrinin vətəndaşları iştirak edib və onlardan bəziləri həbs olunub”, – deyə Kanaani qeyd edib.

Xatırladaq ki, “Iran Human Rights” təşkilatının məlumatına görə isə, İranda etirazlar zamanı 400-dən çox şəxs həlak olub. Təşkilat sözügedən şəxslərin 50-dən çoxunun uşaq olduğunu qeyd edib.

İranda aksiyalar zamanı 10 mindən çox şəxs saxlanılıb ki, onlardan da 6 nəfər barəsində artıq ölüm hökmü qərarı verilib.