Ermənilər bu silah üçün pul yığırlar – Gülünc çağırış

“Təəssüf ki, postlarda həyati əhəmiyyət kəsb edən pilotsuz uçuş aparatlarımızın hər gün biri vurulur”.  

Globalinfo.az xəbər verir ki, bunu erməni bloger Mikael Badalyan deyib.

“Sərhəddə vəziyyətin gərgin olduğu hamımıza məlumdur. Hər gün mərmi atılır. Cəbhədəki oğlanlarımıza dəstək olmalıyıq. Hazırda əlimizdə bir dron var və onun təmiri üçün ehtiyat hissələri sifariş etmişik. Bərpa edib sərhədə göndərəcəyik”, – o bildirib.

Badalyan zədəli dronun təmiri və yenilərini almaq üçün ermənilər arasında pul yığıldığını deyib.

Ayşən Mustafa
Globalinfo.az