İranda raket və PUA anbarları vuruldu

İranda raket və PUA anbarları vuruldu

İsrail Hərbi Hava Qüvvələrinə məxsus 15 qırıcı təyyarə İranın qərbində yerləşən raket və pilotsuz uçuş aparatlarının (PUA) saxlanıldığı obyektlərə genişmiqyaslı hava zərbələri endirib.

Globalinfo.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun Mətbuat xidməti məlumat yayıb.

“15 qırıcı təyyarə son günlərdə İranın qərbinə böyükmiqyaslı hücumlar həyata keçirib. İrana məxsus yeraltı hərbi obyektlər, raket və PUA anbarları hədəf alınıb”, – bəyanatda bildirilib.

Bundan əlavə, mətbuat xidməti qeyd edib ki, İsrail Hərbi Hava Qüvvələri Mərkəzi İranda da zərbələr endirib və İsrailə tərəf buraxılışa hazır vəziyyətdə olan raket qurğularını məhv edib.

Aysel Əliyeva
Globalinfo.az