İranda polis bölməsinə silahlı hucum: altı nəfər öldü – Bu təşkilat üzərinə götürdü / YENİLƏNİB

İranın polis bölməsinə edilən silahlı hücumu “Ceyş əl-Ədl” təşkilatı öz üzərinə götürüb.

Globalinfo.az xəbər verir ki, bu barədə təşkilat bəyanat yayıb. Təşkilatın yaydığı bəyanatda bildirilir:

“Ceyş əl-Ədl” təşkilatı hamının diqqətinə çatdırmaq istəyir ki, onun İlahi Ədalət Strateji Batalyonunun fədailəri bəluc xalqının qanlı cümə faciəsinin əsas səbəbkarı olan 16-cı polis bölməsinə uğurlu hücumun məsuliyyətini öz üzərinə götürür”.

*** 21:40

İranda polis bölməsinə silahlı hücum olub.

Globalinfo.az IRNA agentliyinə istinadən xəbər verir ki, silahlı hücum nəticəsində iki polis ölüb.

Hücum edən dörd nəfərin hamısı məhv edilib.