bayden 15

ABŞ Prezidenti Co Bayden dünən xalqa müraciətində Rusiya ilə HƏMAS arasında bəzi paralelliklər aparıb. Belə ki, ABŞ Prezidenti iddia etdi ki, həm Putin, həm də HƏMAS qonşuluqdakı demokratiyaları tamamilə məhv etmək istəyir.

Baydenin indiki məqamda Putinin Ukraynanı, HƏMAS-ın isə İsraili məhv etmək məqsədinin “demokratiya” ilə əlaqələndirilməsi diqqət çəkir.

Maraqlıdır, bu hansı mənaya gəlir? Ümumiyyətlə, Bayden belə bir paralellik apararaq nəyin mesajını verir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, ABŞ prezidentinin Rusiya ilə HƏMAS arasında paralelliklər aparması təsadüfi deyil:

elxan sahinoglu

Elxan Şahinoğlu

“Məsələ ondadır ki, HƏMAS-ın İsrailə hücumu sonrası Yaxın Şərqdə siyasi proseslər sözün əsl mənasında gərginləşib. Müharibə davam edir və ətraf ölkələrə sıçrama ehtimalı istisna deyil.

HƏMAS-İsrail müharibəsi həm də dünyanın diqqətini yenidən Yaxın Şərqə yönəltdi. Bu öz növbəsində Rusiya-Ukrayna müharibəsinə diqqəti azaldır. Bayden yaranmış vəziyyətin Rusiya-Ukrayna müharibəsini ikinci plana salmasını istəmir. Məhz buna görə də Rusiya ilə HƏMAS arasında paralelliklər aparır.

Prinsip etibarilə HƏMAS-ın İsrailə hücumu nəticəsində mülki şəxslər, uşaqlar, qocalar, qadınlar həyatını itirdi. Rusiyanın Ukraynada etdiyi də bundan fərqli deyil.

Bayden istəyir ki, dünya ictimaiyyəti hər iki məsələyə eyni cür diqqət ayırsın və bir proses digərini üstələməsin”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: