ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp növbəti “İbrahim razılaşması” üzərində çalışır.
Globalinfo.az xəbər verir ki, bunu Trampın milli təhülkəsizlik üzrə gələcək köməkçisi Mayk Uolts hazırkı prezidentin müşaviri Ceyk Sallivanla birlikdə qatıldığı konfransda çıxışı zamanı deyib.
“Bizim ümumi missiyamız var. Bu, Yaxın Şərqi stabillik yoluna qaytarıb, “İbrahim razılaşması”nın növbəti raundunu başlatmaqdır”, – Uolts bildirib.
Sallivan isə çıxışı zamanı qeyd edib ki, İran hazırda tənəzzül yaşayır, ölkənin daxilində nüvə silahı ilə bağlı situasiya ciddi narahatlıq yaradıb. O, həmçinin hazırda diplomatiya aparılması üçün imkanın olduğunu bildirib.
Qeyd edək ki, “İbrahim razılaşması” ABŞ-ın vasitəçiliyi ilə İsrail, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn arasında imzalanıb. Daha sonra razılaşmaya Mərakeş və Sudan da qoşulub.
Əliyar Xəlil
Globalinfo.az














