İranda müharibə hazırlıqları başladı

İranda müharibə hazırlıqları başladı

İran ABŞ-la müharibəyə hazırlıqlarına başlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Military Observer” teleqram kanalı məlumat yayıb .

Qeyd olunur ki, Tehran hava məkanını bağlayır, həmçinin bütün ordunu ən yüksək hazırlıq səviyyəsinə keçirir.

“Amma bu məlumatın rəsmi təsdiqi yoxdur”, – deyə əlavə edilib.

Qeyd edək ki, martın 30-da ABŞ Prezidenti Donald Tramp Tehranın nüvə proqramı ilə bağlı Vaşinqtonla razılığa gəlmədiyi təqdirdə İranı bombalamaqla hədələyib.

Əliyar Xəlil
Globalinfo.az