Məşhur aktrisa ilə bağlı hicab qalmaqalı – FOTO

Tehranın “Lotus Cinema” kinoteatrında “Aslan dərisi” (“Pooste Shir”) serialının final bölümünün nümayişi zamanı məşhur aktrisa Panteya Bəhramın hicabsız iştirakından sonra kinoteatrın direktoru vəzifəsindən uzaqlaşdırılıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Kino Təşkilatının Monitorinq və Qiymətləndirmə üzrə direktor müavini Həbib İlbeigi bildirib.

O qeyd edib ki, “kinoteatrın direktoru cinayətkarı kinoteatrdan uzaqlaşdırmadığı üçün işdən çıxarılıb”.

“Bu kinoteatrla bağlı qanun pozuntuları da araşdırılır və bu barədə də tezliklə qərar veriləcək”, – direktor müavini vurğulayıb.

Qeyd edək ki aktrisa daha əvvəl də “Instagram” səhifəsində hicabsız çəkilmiş videosunu paylaşmışdı.

İranda məşhur aktrisa film nümayişinə hicabsız qatıldığı üçün kinoteatrın direktoru işdən çıxarılıb