Tehranda 28 nəfərlik İsrail casus şəbəkəsi saxlanılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Tehran Tayms” məlumat yayıb.
Məlumata görə, saxlanılanların hamısı araşdırmaların aparılması üçün dərhal aidiyyəti orqanlara təhvil verilib.
“Onların barəsində araşdırmalar davam edir. Bu şəxslər İranın milli təhlükəsizliyinə qarşı fəaliyyət göstərməkdə ittiham olunurlar”, – məlumatda bildirilib.














