İranda iki güclü zəlzələ oldu

z%C9%99lz%C9%99l%C9%99

İranda ard-arda iki güclü zəlzələ olub. 

Globalinfo.az xəbər verir ki, bu barədə İran Milli Seysmoloji Mərkəzi məlumat yayıb.

Ölkənin Sistan və Bəlucistan əyalətinin Nüsrətabad bölgəsində 4,2 bal,  təxminən yarım saat sonra Xorasan-e Rəzəvi əyalətinin Kaşmər şəhərində 4,3 bal gücündə zəlzələnin qeydə alındığı bildirilir.

Hələlik hər hansı dağıntı və tələfat barədə açıqlama verilməyib.