Livan Bakıdakı erməniyə görə hərəkətə keçir – SƏBƏB

44 günlük müharibədən sonra Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən həbs edilən Livan əsilli erməni terrorçu Vigen Euljekyan iki gün öncə ailəsi ilə əlaqə saxlayıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.

Erməni terrorçunun həyat yoldaşı və uşaqları ilə telefonda danışdığı, vəziyyətin eyni olduğunu bildirib.

Nəşr iddia edir ki, onun azad edilməsi üçün artıq Ermənistan deyil, Livan hökuməti Bakıya müraciət etməyi düşünür.

Əliyar Xəlil
Globalinfo.az