İranda güclü partlayış: yanğın başladı – VİDEO

İranda güclü partlayış: yanğın başladı - VİDEO

İranın şimal-qərbində yerləşən Azarşəhr şəhərində ötən gecə kimya zavodunda güclü partlayış və ardınca yanğın baş verib.

Globalinfo.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Xəbərdə qeyd olunur ki, əvvəlcə müəssisədə partlayış qeydə alınıb, daha sonra əraziyə yanğın yayılıb.

Hadisənin başvermə səbəbi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Safura Bənnayeva
Globalinfo.az