İranda din xadimi qaçırılaraq öldürüldü

İranda sünni din xadimi Əbdülvahid Riqi qaçırılaraq öldürülüb.

Globalinfo.az xəbər verir ki, məlumatı Sistan-Bəlucistan Dövlət Təhlükəsizlik Şurası təsdiqləyib.

Məlumata görə, hadisə dünən günorta saatlarında baş verib. Qətlə yetirilən şəxs Haş şəhərindəki İmam Hüseyn məscidinin sünni din xadimidir.

Hadisənin detalları açıqlanmayıb.