İranda ağır qəza: 5 ölü, 44 yaralı – FOTO

İranın Cənubi Xorasan əyalətində ağır yol qəzasında azı 5 nəfər ölüb, 44 nəfər yaralanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.

Bildirilib ki, qəza zamanı sərnişinləri daşıyan avtobus aşıb.

Yaralılar xəstəxanaya çatdırılıb. Ölü sayının artması istisna edilmir.