İran onu sərbəst buraxdı

İran onu sərbəst buraxdı

İranda casusluqda ittiham olunan FransaAlmaniya vətəndaşı Lennart Monterlos azad edilib.

Globalinfo.az xəbər verir ki, Fransa xarici işlər naziri özünün “X” hesabında Monterlosun vətənə qayıtdığını açıqlayıb.

O bildirib ki, səfirlik və Xarici İşlər Nazirliyinin əməkdaşları harada olurlarsa olsunlar, Fransa vətəndaşlarını qorumaq missiyasını uğurla yerinə yetiriblər.

Eyni zamanda o qeyd edib ki, Fransa Sesil Koler və Jak Parisin azadlığa buraxılmasını tələb etməkdə davam edir.

Xatırladaq ki, Fransa-Almaniya vətəndaşı olan 19 yaşlı Lennart Monterlos iyunun 16-da İranda casusluq ittihamı ilə saxlanılıb.
O, Avropadan velosipedlə səyahət edirmiş. İsraillə gərginliyin artdığı bir dövrdə ölkənin cənubundakı Bəndər Abbasda həbs edilib.