İranda avtomat silahla ziyarətgaha hücum edən şəxs kameralara düşüb – VİDEO

İranın Şiraz şəhərindəki Şahçerağ ziyarətgahına silahlı hücumun videosu yayılıb.

Hücumu törədən şəxs ziyarətgahın təhlükəsizlik kameralarına düşüb. Videoda silahlı şəxsin avtomat silahdan ziyarətgaha atəş açdığı görünür.

Qeyd edək ki, bu gün İranın Şiraz şəhərindəki Şahçerağ ziyarətgahında terror aktı törədilib. 3 silahlı şəxsin Şahçerağ ziyarətgahına hücumu zamanı 15 nəfər ölüb, 40 nəfər yaralanıb.