İrana görə təcili iclas çağırıldı – Qrossi

İrana görə təcili iclas çağırıldı - Qrossi

İyunun 23-də Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) iclas keçirəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə qurumun baş direktoru Rafael Qrossi məlumat verib.

“İrandakı fövqəladə vəziyyəti nəzərə alaraq, mən sabah MAQATE-nin Rəhbərlər Şurasının fövqəladə iclasını çağırıram”, – Qrossi X sosial şəbəkə hesabında yazıb.

Qeyd edək ki, iyunun 22-nə keçən gecə ABŞ İranın Fordo, Natanz və İsfahandakı üç nüvə obyektinə zərbələr endirib.

MAQATE sözügedən hücumdan sonra İrandakı nüvə obyektləri xaricində radiasiya səviyyəsinin artması barədə məlumat almadığını bildirib.

Əliyar Xəlil
Globalinfo.az