İsrail əməliyyat keçirdi: Rafael və Lalə saxlanıldı

İsrail əməliyyat keçirdi: Rafael və Lalə saxlanıldı

İsrailin ŞABAK əks-kəşfiyyat idarəsi ölkənin strateji obyektlərini, milli infrastrukturu və alimlərin izlənilməsi ilə məşğul olan cütlüyü yaxalayıb.

Globalinfo.az xəbər verir ki, saxlanılanların İran casusları olduğu bildirilir.

Məlumata görə, onlar Rafael və Lalə Quliyeva adlı şəxslərdir. Hər ikisinin Qafqaz əsilli şəxsləri İranın cəsus şəbəkəsi üçün təsir dairəsinə salmaq tapşırığını icra etdikləri deyilir.

Rafael Quliyevin İran xüsusi xidmət orqanları ilə işləyən 56 yaşlı Elxan Ağayev tərəfindən təsir dairəsinə salındığı bildirilib. Quliyevin İran üçün MOSSAD qərargahı barədə informasiya yığdığı, həmçinin Milli Təhlükəsizlik İnstitutunun əməkdaşlarını izlədiyi bəlli olub.

Qeyd edək ki, bir neçə gün öncə İsraildə daha yeddi Azərbaycandan köçən yəhudi İrana casusluqda ittiham edilərək həbs olunmuşdu.

Əliyar Xəlil
Globalinfo.az