İranla bağlı bunu yazdı, dərhal sildi – ABŞ-da ilginc durum

İranla bağlı bunu yazdı, dərhal sildi – ABŞ-da ilginc durum

Los-Anceles dairəsinin polis rəisi (şerif) ABŞ-ın hücumu ilə bağlı İrana başsağlığı verib.

Globalinfo.az xəbər verir ki, bu barədə o, X sosial media platformasında paylaşım edib.

Lakin şerif dərhal bunu silib.

“İrandakı son partlayışlar nəticəsində ölənlərə və zərər çəkmiş ailələrə başsağlığı veririk. Bu faciəvi hadisə xaricdə baş versə də, Los-Anceles dairəsinin şerif departamenti yerli, əyalət və federal tərəfdaşlarımızla birlikdə vəziyyəti diqqətlə izləyir”, – deyə yazıda qeyd olunub.

Qeyd edək ki, iyunun 22-nə keçən gecə ABŞ Hərbi Hava Qüvvələri İranın üç nüvə obyektinə hücum edib.

Əliyar Xəlil
Globalinfo.az