İran Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE) ilə əməkdaşlığı dayandıra bilər.
Globalinfo.az xəbər verir ki, bunu İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf deyib.
O bildirib ki, bununla bağlı parlament qanun layihəsi qəbul etməyi planlaşdırır:
“Bu, müvəqqəti ola bilər. Dünya açıq şəkildə gördü ki, MAQATE öhdəliklərinin heç birini yerinə yetirməyib və siyasi alətə çevrilib”, – Qalibaf qeyd edib.
Əliyar Xəlil
Globalinfo.az














