İran hərəkətə keçdi: Fələstinə görə təcili toplantı

nasir kanani

İraq Xarici İşlər Nazirliyi ilə müzakirələr zamanı İslam Əməkdaşlıq Təşkilatının Fələstindəki vəziyyətlə bağlı təcili iclas keçirməsini təklif etdik. 

Globalinfo.az xəbər verir ki, bunu İran XİN sözçüsü Nəsir Kənani deyib.

O, ABŞ və İsrail tərəfindən İranın hədəfə alınacağı iddialarına da cavab verib:

“Bəzi qüvvələr Fələstin xalqına qarşı törədilən cinayətlərə dəstək verir. Bu, qəbuledilməzdir. Bir sıra Avropa ölkələri, xüsusilə də ABŞ təbliğat müharibəsində zülmkar tərəfi fərqli göstərir. İranın bu məsələdə mövqeyi aydındır. Xarici KİV-lərdə İrana qarşı təhdidlər səsləndirənlər bilməlidirlər ki, ölkəmizə ünvanlanan hər hansı axmaq hərəkətin cavabı dağıdıcı olacaq”.

Ayşən Mustafa
Globalinfo.az