Türkiyədə daha bir zəlzələ oldu

zelzele 5

Türkiyədə Muğla vilayətinin Datça sahilinin yaxınlığında 4,4 bal gücündə zəlzələ olub.

Globalinfo.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Qeyd olunub ki, yeraltı təkanlar səhər saatlarında Egey dənizində hiss olunub.

“Zəlzələ 14,57 kilometr dərinlikdə baş verib və Datçada bir qədər hiss olunub. Heç bir ziyan yoxdur”, – deyə əlavə edilib.

Əliyar Xəlil
Globalinfo.az