bi

Bazar ertəsi axşam ABŞ-ın Manhetten şəhərinin mərkəzində ofis binasında baş verən atışmada biri polis də daxil olmaqla 6 nəfər həlak olub.

Globalinfo.az “Report”a istinadən bildirir ki, bu barədə Nyu-York polisinin nümayəndəsinə istinadən “NBC News” məlumat yayıb.

Ölənlər arasında Nyu-Yorkun polis zabiti də var. Hüquq-mühafizə orqanlarındakı mənbələr atəş açan şəxsin intihar etdiyini bildirib.

Cinayətin konkret motivi məlum deyil. İstintaq hücumçunun şəxsiyyəti əsasında müxtəlif versiyaları araşdırır.

Paylaş: