İranın Atom Enerjisi Təşkilatının keçmiş sədrinin müavini İsrailin hücumları zamanı həlak olub.
Globalinfo.az xəbər verir ki, İran tərəfi bununla bağlı məlumatı təsdiqləyib.
Bildirilib ki, İran Atom Enerjisi Təşkilatının keçmiş sədr müavini Seyid Əmir Həsən Fəqhi bu gün səhər saatlarında öldürülüb.
Qeyd edək ki, MOSSAD-ın əməliyyatları nəticəsində bir sıra iranlı nüvə mütəxəssislərinin həlak olduğu açıqlanıb.