İrəvandan daha bir ağlasığmaz addım – Zaxarova açıqladı

Rəsmi İrəvan Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin bu gün üçün nəzərdə tutulan görüşünə qatılmaqdan imtina edib.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya XİN sözçüsü Mariya Zaxarova deyib.

O bildirib, Rusiya XİN rəhbəri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefon danışığında İrəvanın qərarına görə təəssüf hissi keçirdiyini söyləyib.

Qeyd edək ki, Moskvada keçirilməsi planlaşdırılan görüşdə Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh müqaviləsinin hazırlanması müzakirə ediləcəkdi.