İran ordusu genişmiqyaslı təlimlərə başlayır – İlk yaşanacaq

“Yaxın saatlarda İran Silahlı Qüvvələri “Vilayət 1402 səmasının müdafiəçiləri” kod adlı genişmiqyaslı hava hücumundan müdafiə təlimlərinə başlayacaq”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Tasnim” xəbər agentliyi məlumat yayıb.

İran Hava Hücumundan Müdafiə bazasının komandiri Hatəm əl-Ənbiya təlimlərdə ilk dəfə bir sıra qabaqcıl sistemlərdən istifadə olunacağını açıqlayıb.

Qeyd edək ki, təlimlərin Pakistanın Sistan və Bəlucistan əyalətinə hücumundan sonra elan edilməsi diqqət çəkib.

Ayşən Mustafa
Globalinfo.az