Vid na Kreml

Moskvada zibil qabından hərbi sursat – qumbara tapılıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə SHOT teleqram kanalı mləumat yayıb.

Bildirilir ki, tapıntı axşam saatlarında sakinlər tərəfindən aşkarlanıb. Hadisə yerinə polis əməkdaşları, kinoloqlar cəlb edilib. Əraziyə giriş məhdudlaşdırılıb.

Hadisə yerinə baxış keçirən istehkamçılar qumbaranın döyüşə yararlı olduğunu təsdiqləyiblər. Hazırda sursatın zərərsizləşdirilməsi istiqamətində işlər aparılır.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: