HƏMAS İranı çətin vəziyyətə saldı

İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəliyi HƏMAS-ın İsrailə hücumlarında rəsmi Tehranın iştirakına dair iddiaları təkzib edib.

Globalinfo.az xəbər verir ki, bəyanatda İranın sözügedən münaqişədə Fələstinə dəstəyi vurğulansa da, birbaşa iştirak versiyasının doğru olmadığı bildirilib.

Qeyd edək ki, HƏMAS-ın terror qanadlarından bir neçəsinin lideri silah və maddi dəstəyə görə İrana təşəkkür etmişdi. Tehranın belə tələsik təkzib verməsi, İran hakimiyyətinin HƏMAS-ın açıqlamasından narahat olduğunu göstərir.

Ayşən Mustafa
Globalinfo.az