“İran və Rusiya ümumi təhdidlərlə bağlı məsləhətləşmələr aparır”.
Globalinfo.az xəbər verir ki, bunu İran xarici işlər naziri Abbas Araqçı deyib.
O bildirib ki, Tehranın hər zaman Moskva ilə ortaq düşmənləri olub:
“İran hazırkı təhlükəli vəziyyətdə Rusiya ilə məsləhətləşmələrə böyük əhəmiyyət verir. Dünya nizamının faktiki olaraq təhdid altında olduğu bir vaxtda bu, xüsusilə önəm kəsb edə bilər”.
Əliyar Xəlil
Globalinfo.az














