cepa

“Rusiyanın İran qarşısında heç bir hərbi öhdəliyi yoxdur”.

Globalinfo.az xəbər verir ki, bunu Dövlət Dumasının Beynəlxalq Siyasət Komitəsi sədrinin birinci müavini Aleksey Çepa deyib.

İran bizdən kömək istəməyib. Birincisi, budur. İkincisi, bizim İrana qarşı heç bir hərbi öhdəliyimiz yoxdur. Üçüncüsü, biz bu münaqişəni mümkün qədər tez həll etməyə açıq şəkildə başlamışıq və davam edirik”, – o bildirib.

Deputat qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin Yaxın Şərq ölkələrinin liderləri ilə danışıb və vəziyyəti müzakirə edib:

“Nüvə silahlarına malik ölkələri əhatə edən bu münaqişənin daha da şiddətlənməsini müzakirə etmək istəməzdik”.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: