“İran lideri asan hədəfdir, amma hələlik onu öldürməyəcəyik”.
Globalinfo.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp “Truth Social” platformasında İranın ali rəhbəri Ayətullah Əli Xamenei haqqında qalmaqallı paylaşım edib.
“Biz bu “ali rəhbərin” harada gizləndiyini dəqiq bilirik. O, asan hədəfdir, lakin hazırda olduğu yerdə təhlükəsizlik içindədir. Biz onu məhv etməyi planlaşdırmırıq – ən azı hələlik”, – deyə Tramp bildirib.
O əlavə edib ki, İranın dinc sakinləri və ya ABŞ hərbçilərinə qarşı raket hücumları yolverilməzdir və artıq Vaşinqtonun səbrinin tükəndiyini vurğulayıb:
“Biz istəmirik ki, raketlər mülki insanlara və ya amerikalı əsgərlərə tuşlansın. Səbrimiz tükənir. Qeydsiz-şərtsiz təslim olun!”
Bu bəyanatlar ABŞ–İran münasibətlərinin növbəti dəfə gərginləşəcəyindən xəbər verir və Trampın ritorikasının mümkün seçki kampaniyası çərçivəsində sərtləşdiyini göstərir.
Aysel Əliyeva
Globalinfo.az














