İran prezidenti MAQATE rəhbərinə cavab verdi

İran prezidenti MAQATE rəhbərinə cavab verdi

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi İranın yüksək zənginləşdirilmiş uran ehtiyatlarının davamlı olaraq toplanmasından narahatlığını ifadə edib.

Globalinfo.az xəbər verir ki, Qrossi bu barədə “Əl Ərəbiyyə” telekanalına müsahibəsində deyib.

O, yeni prezidenti Məsud Pezeşkiandan İranın nüvə fəaliyyətinin dinc xarakter daşımasını təmin etmək məqsədi daşıyan dialoqun mümükünlüyü ilə bağlı cavab aldığını diqqətə çatdırıb.

Qrossi xüsusilə gərginliyin artdığı bölgələrdə nüvə eskalasiyası risklərinin azaldılmasında MAQATE-nin roluna toxunub.

O, dialoqun davam etdirilməsinin vacibliyini və bu problemlərin səmərəli həlli üçün beynəlxalq əməkdaşlığın zəruriliyini qeyd edib.

MAQATE-nin hesabatına görə, İranda 164,7 kiloqram (60%) zənginləşdirilmiş uran var. Bu, MAQATE-nin may ayında dərc etdiyi əvvəlki hesabatdan 22,6 kiloqram çoxdur.

Müşviq tofiqoğlu
Globalinfo.az