İran ordusu hədəfi seçdi: cavab zərbəsinə başlayır

KOWLBTY62VNI5C3QGPJYIHBE7I

İran Silahlı Qüvvələri yaxın saatlarda İsrailə qarşı sarsıdıcı cavab zərbəsi endirməyə hazırlaşır.

Globalinfo.az xəbər verir ki, bu barədə İranın SNN telekanalı məlumat yayıb.

Məlumata görə, cavab hücumları çərçivəsində bir neçə hərbi obyekt, o cümlədən Ramat-David aviabazası hədəf alınacaq. Həmin baza, telekanalın məlumatına görə, İrana qarşı həyata keçirilən hücumlarda açar rol oynayıb.

İran tərəfi zərbələrin dəqiq vaxtını açıqlamasa da, hücumların yaxın saatlarda başlanacağı bildirilib.

Aysel Əliyeva
Globalinfo.az