Fərzanə Sadiq Bakıya gəlir

67e2ee28245dd67e2ee28245de174292535267e2ee28245db67e2ee28245dc

İranın yol və şəhərsalma naziri, İran-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının həmsədri xanım Fərzanə Sadiq aprelin 10-da Bakıya gələcək.

Globalinfo.az xəbər verir ki, bu barədə İranın ölkəmizdəki Səfirliyindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində onun sözügedən Komissiyanın Azərbaycan tərəfdən həmsədri, Baş nazirin müavini Şahin Mustafayev və digər rəsmilərlə görüşü nəzərdə tutulub.