İran müdafiə nazirinin sabiq müavini asıldı

Böyük Britaniyaya casusluqda təqsirli bilinən İranın müdafiə nazirinin sabiq müavini Əlirza Əkbəri bu gün səhər edam olunub.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə İranın Məhkəmə Sistemi rəsmi açıqlama yayıb.

İranın Məhkəmə Sistemi açıqlamasında bildirib ki, Ə.Əkbəri İran-Britaniya ikili vətəndaşlığı olub. O Britaniya kəşfiyyat orqanına casusluq yolu ilə ölkənin daxili və xarici təhlükəsizliyinə qarşı genişmiqyaslı fəaliyyətdə ittiham olunaraq edam olunub. O casusluq edərək İngiltərə hökumətindən bir milyon 805 min avro, 265.000 ingilis funtu və 50.000 ABŞ dolları maaş alıb.