Çernobıl qəzası: rəis 37 il sonra intihar etdi

Çernobıl AES-in 4-cü enerji blokunun keçmiş növbə rəisi Viktor Smagin 75 yaşında Moskvada ölüb.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə rus mətbuatı məlumat yayıb.

İlkin məlumata görə, Smagin ağır xəstəlik səbəbindən özünə qəsd edib. Evindən tapılan məktubda da Smagin səhhətindəki ağırlaşmalar səbəbindən özünə sui-qəsd etməli olduğunu yazıb.

Qeyd edək ki, 1986-cı ilin aprelində Smagin Çernobıl AES-in 4-cü enerji blokunda növbə rəisi vəzifəsində çalışıb. Qəza gecəsi növbədə olmasa da, partlayış və yanğından sonra qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak edib və həddən artıq şüalanma dozası qəbul edib.