İran kanalında türklərə qarşı tərbiyəsizlik – VİDEO

İranın “Nəsim” telekanalında yayımlanan “Bermud” verilişində türk milləti yenidən təhqir olunub.

Globalinfo.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, verilişin aparıcısı Kamran Nəcəfzadənin göstərdiyi suflyorda “Onların hər birində min türk qul var idi…” cümləsi əks olunub.

Həmin görüntülərə görə sosial şəbəkə istifadəçiləri telekanal və aparıcını tənqid atəşinə tutub.

Zaira Akifqızı
Globalinfo.az