İran islam ölkələrini İsrailin mümkün təxribat xarakterli addımlarının qarşısını almaq üçün birgə fəaliyyət göstərməyə çağırıb.
Globalinfo.az xəbər verir ki, bununla bağlı İranın müdafiə naziri general Məcid ibn ər-Rza Türkiyənin müdafiə naziri Yaşar Gülərlə telefon danışığı zamanı bəhs edib.
Onun sözlərinə görə, islam ölkələri arasında ümumi təhlükəsizlik mexanizminin yaradılması zəruridir:
“Regionda sabitliyi pozan əsas amillərdən biri xarici qüvvələrin mövcudluğudur”.
Telefon danışığı zamanı tərəflər Yaxın Şərqdəki son vəziyyəti, atəşkəs razılaşmasının icrası, eləcə də İran–Türkiyə arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.
Safura Bənnayeva
Globalinfo.az