İran İsrailə doğru yeni raket dalğasına başladı: əhaliyə çağırış edildi – YENİLƏNİB

İran İsrailə doğru yeni raket dalğasına başladı: əhaliyə çağırış edildi – YENİLƏNİB

İrandan İsrailə daha bir raket hücumu qeydə alınıb.

Globalinfo.az xəbər verir ki, bu barədə İsrail Silahlı Qüvvələrinin Mətbuat xidməti məlumat yayıb.

Rəsmi məlumata görə, hücumun qarşısını almaq məqsədilə raketlərin tutulması üçün müdafiə sistemləri işə salınıb.

Bəzi bölgələrdə hava həyəcanı siqnalı verilib və əhalidən sığınacaqlara keçmək tələb olunub.

“Fars” agentliyinin məlumatına görə, İran İsrailin aviabazalarına hücum edib.

*** 19:52

İran İsrailə doğru yeni raket dalğasına başlayıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Xəbər yenilənir…

Aysel Əliyeva
Globalinfo.az